Azəri qızı Günel gileyləndi: “Bu qədər pula ən azı 4 ev alardım”

Müğənni Günel Zeynalova jurnalistlərə verdiyi sonuncu açıqlaması ilə diqqətləri öz üzərinə çəkib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, 13 yaşında ikən İbrahim Tatlısəs tərəfindən kəşf olunan Azəri qızı Günel şoppinq aludəçisi olduğunu söyləyib. İstanbulun Nişantaşı bölgəsində jurnalistlərlə söhbət edən müğənninin ayaqqabısı diqqətdən yayınmayıb. Belə ki, onun ayaqqabılarında incilər olub. Günel bildirib ki, bütün pullarını ayaqqabı və çantaya xərcləyir:

“Evdə minimum 300 cüt ayaqqabım, onlarla çantam var. O pul ilə burda ən azı 4 ev alardım”.

COP29