!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azəri-Türk Qadınlar Birliyi müstəqilliyimizin 25 illiyini İstanbulda qeyd etdi – FOTOLAR

!Reklam – Yazi

tdslm_azerbaycan_turkdunyasi-1Azəri-Türk Qadınlar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illiyi ilə əlaqədar “Azərbaycanın dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” adlı lahiyəsi çərçivəsində Türkiyənin İstanbul şəhərində silsilə tədbirlər keçirib.

25 illiyini qeyd etdiyimiz Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə ilk tədbir İstanbul Universitetində Türk Dünyası Araşdırmalar Vəqfi ilə birlikdə keçirilib.

Beykent Universitetinin professoru Müzəffər Ürəklinin moderatorluğu ilə gerçəkləşən “Müstəqilliyinin 25-ci ilində Azərbaycan və digər Türk Cümhuriyyətləri” konfransında Türkiyənin tanınmış ictimai-siyasi xadimləri, söz və sənət adamları iştirak edirdilər.

Tədbirdəçıxış edən xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, “1991-ci ilin 18 oktyabr xalqımızın həyatında müstəsna əhəmiyyətə malik bir gündür. Məhz həmin gün illər öncə başlamış Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu. Müstəqilliyin bərpası uğrunda xalq hərəkatı 1988-ci ildən açıq müstəviyə keçsə də, bu böyük yolu yalnız 3 illə məhdudlaşdırmaq olmaz. 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsində ki, milli şüur daim yaşadı və 80-ci illərdə böyük bir axına çevrildi. “İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. Ona görə də imzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Əhməd Cavadın, Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin,  və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin Rəsulzadənin  və onun silahdaşlarının adları da həkk olunub. Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş bizlər və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.

 

Dövlət Müstəqilliyin Bərpası Günü Azərbaycan üçün, yeni nəsil üçün önəmli və şanlı bir tarixi dir ancaq o günün şahidləri və iştirakçıları üçün bütün hiss və həyəcanları, sevinci-kədəri, ağrı-acısı, xoşbəxtliyi ilə daim yaşayan, heç vaxt Dünənə çevrilməyəcək Canlı və Diri Gündür. Ömrünü o günü görmək arzusu ilə yaşayanlar hər məsələyə məhz O Günün ucalığından baxırlar”.

 

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bildirdi ki, “Bu dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük və şərəfli bir yol keçib. Əzəmətli və tarixi olan bu yolda Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf edib, müasirləşib, beynəlxalq tədbirlərin ünvanı olub. Əlbəttə ki, müstəqillik dövrü problemlərsiz də ötüşmədi. Müstəqillik uğrunda mübarizənin dərin tarixi kökləri vardır. Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü qeyd edildiyi bu günlərdə keçmiş tarixə nəzər salmaq, keçmişdə qazandıqlarımızı itirməmək, onları daha da inkişaf etdirmək, gələcək nəsillərə təhvil vermək, tariximizi bilmək hər birimizin ümdə borcudur. Bununla yanaşı, bütün bu tarixi və faktiki məlumatları da təbliğ etmək və yaymaq lazımdır ki tariximizi digər millətlər bilsin və bizləri, bizim keçmişimizi tanısınlar”.

ATQB sədri bildirdi ki, “Dövlətimiz bu gün özünün inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Azərbaycanda ordu quruculuğu uğurla aparılır, Silahlı Qüvvələrimizin peşəkar hazırlıq səviyyəsi, maddi-texniki bazası möhkəmləndirilir. Ölkəmizdə müdafiə sənayesi inkişaf etdirilir, ilk süni peykimizlə bağlı layihə həyata keçirilir. Azərbaycan tam müstəqil ölkədir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ölkəmizin və vətəndaşlarımızın həyatında böyük əhəmiyyətli ictimai-siyasi və tarixi hadisədir. Ölkəmizdə aparılan siyasət xalqının maraqlarına xidmət edir”.

Daha sonra çıxış edən şair Yavuz Bülənt Bakilər və digər qonaqlar türk cümhuriyyətlərinin müstəqilliyinin önəmindən bəhs etdilər.

Gecə isə Türkan Saylan Kültür Mərkəzində Azəri-Türk Qadınlar Birliyi və Ələvi Düşüncə Ocağı birlikdə Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş “Sözün sultanı Şah Xətai” musiqi şöləni keçirildi. Gecədə Azərbaycanın məşhur “Savalan” qrupu və Anadolu aşıqları Hüseyn və Əli Rza Albayraklar çıxış edərək, Xətai şeirlərini səsləndirdilər.

Yenicag.az

14492537_10154388783924961_6348013315863231507_n 14680606_10154427140889961_3879389168300264494_n tdslm_azerbaycan_turkdunyasi-1 tdslm_azerbaycan_turkdunyasi-1a tdslm_azerbaycan_turkdunyasi-1b tdslm_azerbaycan_turkdunyasi-1c tdslm_azerbaycan_turkdunyasi-1d tdslm_azerbaycan_turkdunyasi-5 tdslm_azerbaycan_turkdunyasi-17

www.yenicag.az

990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv