Azəri yoxsa Türkük? – Araşdırma

Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənir. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir. Bu yazımda “millət nədir? “, “milli mənsubiyyətin önəmi” və bizlərin milli kimliyinin “Azəri yoxsa Türk” olduğumuzdan bəhs edəcəyəm. Bu mövzu son zamanlar çox müzakirə edilir. Bəzi işbazlar kariyeralarınıın sonuna gəldikləri üçün, yoxsa qanlarında rus və ya erməni qarışığı olduğundanmı, millətimizi və milli kimliyimizi başqa tərzdə və kökündən uzaq bir halda bizlərə tanıtmağa çalışırlar. Mənə görə bu gündəmdə qalmaq üçün və ya xarici qüvvələrin xüsusi sifarişi ilə edilir.

Sizlərə ilk öncə ” millət nədir ?” , ” millət anlayış nəyi ifadə edir?” suallarına cavab tapacaq, bu mövzularda fikirlərimi bildirəcəyəm. Millət – ərəbcəsi, ulus-türkçə, nation – fransızca adlanan bu qavram, bir -birlərinə bir sıra bağlarla bağlanmış insanlardan ibarət bir topluluq olaraq tanımlanır. Bu bağların necə bağlar olduğunu qeyd edəcəyəm. İnsanları bir-birinə bağlayan bağların yəni milləti təşkil edən faktorlar, dəlillər və ya sübutlara görə, iki dəyişik millət anlayışı vardır: Obyektiv- inşaacı (nəsnə, maddi ) millət anlayışı və subyektiv -özcü millət anlayışı(1).


Obyektiv-İnşaacı milli anlayışa görə milləti təşkil edən insanlar bir- birinə əllə tutulur və gözlə görünən bağlar ilə bağlanırlar. Buna qarşılıq olaraq subyektiv-özcü millət anlayışına görə milləti təşkil edən insanlar bir-birinə subyektiv-özcü, şəxsi olan bağlarla bağlana bilir. Obyektiv millət anlayışına görə insan topluluğu millət halına bir neçə faktörlərin təsiri ilə çevrilir. Subyektiv millət anlayışına görə isə bu çevrilmə subyektiv ünsürlərin təsiri ilə də ola bilər(2).


Obyektiv mili anlayışa görə millət, ulus -eyni irqdən gələn, eyni dildən gələn və eyni dinə inanan insanların meydana gətirdiyi bir topluluqdur. Bu görüşü mənimsəyən düşünürlərin bəziləri dil birliyini, bəziləri yurd birliyini, bəziləri soy birliyini, bəziləri din birliyini, bəziləri tarix ortaqlığını və ülkü (ideal) qardaşlığını fərdləri bir-birinə bağlayan əsas ünsür və ya faktor olaraq görmüşlər. Saydığımız faktorlər (etkənlər, təsirlər) tarixi baximdan bir çox millətin meydana gəlməsində böyük rol oynamışdır. Fəqət milləti sadəcə bu ünsürləri mənimsəyən toplumlardan oluşmur. Bu baxımdan millətin meydana gəlməsində subyektiv, yəni kültürəl ünsürlərdə ağır basmaktadır(3). Subyektiv millət anlayişina görə millət, bir çox subyektiv bağlar ilə bir-birinə bağlanmış insansanların təşkil etdiyi topluluqdur. Bu bağlar mənəvi baxımdandır, bir çox duyğu və düşüncələrdən ibarətdir. Subyektiv-özcu millət anlayışın ilk dəfə Ernest Renan (4)(1823-1892) tərəfindən 1882-ci ildə yayinlanan Qu”est-ce q”une nation (MİLLƏT NƏDİR) s.114(5) isimli əsərində ortaya atılmış və müdafiə tərzində müzakirə edilmişdir(6).
Milləti ortaya çıxaran insanları bir-birinə bağlayan bu özcu bağlar arasında keçmiş, xatirə, məqsəd, ideal, istikbal, gələcək, ülkü birliyi kimi xüsuslar yer almaqdadır(7). Keçmişdə yaşanılan ortaq acılar və ya birlikdə qazanılan başarılar-zəfərlər, ortaq məqsədə çatmaq üçün mücadələlər, ortaq təhlükələrə qarşı birlikdə qarşı gəlmək kimi faktörlər, sübutlar(8) insanları bir-birinə bağlayar və milləti təşkil edir.
Ernest Renan millətin obyektiv ünsürlərlə meydana gəldiyi düşüncəsini rədd etmişdir. Yazara görə: ” İnsan nə irqinin, nə dilinin, nə də dininin, nə də nəhirlərin izlədiyi yolun, nə də sıra dağların yönünün əsəridir. Sağlam duyqulu və isti qəlbli insanların bir araya gəlməsi mənəvi bir şüur yaradır ki, buna millət deyilir” (9). Deməli Renana görə, milləti meydana gətirən şey, “birlikdə acı çəkmiş,s evinmiş və birlikdə ümid etmiş olmaq” dır(10).
Şübhə yoxdur ki, millət bir könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arzu və iradəsidir. Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır. Bu zəmin əmələ gətirə, yuxarıda qeyd etdiyimiz ortaq dil, ortaq torpaq, ortaq tarix, ortaq soy, ortaq ölkə, ortaq din kimi obyektiv faktörlərdir. Ancaq subyektiv və ya kültürəl faktırlar bu zəminin üzərində yüksələ bilər. Demək ki, bir millətin meydana gəlməsində həm obyektiv həm də subyektiv anlayışlar bir-birini tamamlamalıdır. Ayrıca bir insan topluluğunun bir könül birliyi halini alaraq, bir milləti meydana gətirməsində siyasi qüvvə və təşkilatında böyük rolu vardır. Bütün qeyd etdiyimiz bu qavramlarla birlikdə millətə belə bir tərif verə bilərik.:


“Millət -nə yalnız irq, yurd birliyindən, nə dil, tarix və ülkü birliyindən, nə də siyasi, hüquqi və iqtisadi birliyin deyil, yuxariıa saydığımız obyektiv və subyeltiv ünsürlərin birləşməsindən meydana gələn tarixi sosial bir gerçəkdir”(11). Türkiyəli yazar Gökalp ” millət nədir” sualına cavab verərkən bu kəlimənin mənasına yaxin olan “irq, qövm, ümmət, xalq dövlət” kimi qavramların tənqidindən yola çıxaraq “millətin irqi bir birlik olmadığını, kültürəl bir birliyə dayanan bir tərbiyə yəni eyitim sonunda meydana gələn bir birlik olduğunu ifadə edir(12).
Bəs millətin və ya hansi millətə mənsub olmağin önəmi nədir. Bu suala sizlər üçün cavab tapmağa çalışacağam.
Öncəliklə millət önəmlidir və millət olmadan dövlət olmaz. Bir dövlətin var ola bilməsi üçün bəlli bir insan topluluğu olmalıdır. Bəhs etdiymiz topluluğu təşkil edən insanlar bəlli bir dəyərə sahib olmalıdır və bu tarix boyu belə olmuşdur. Bu dəyərlərə coğrafi irqi, tarixi faktorlar və təşkilatlanma, kültür birliyi daxildir. Millətini bilməyən dövlətinin və vətənini qiymətini bilməz. Milli kimliyinə dəyər verməyən, vətən torpağının da dəyərini anlamaz. Millətin dəyərini anlamayan hər daim işğal altında qalar və ölkəsinin hürriyyətini, azadlığın önəmsəməz. Milli mənliyini, milli dəyərlərini, milli kimliyini, milli ruh birliyini bilməyən, tanimayan, oluşduramayan topluluqlar öz soylarından uzaqlaşır və öz milli birliyini oluşdurmuş başqa millətlərin içində əriyib yox olurlar. Bu halda olan minlərcə topluluq vardır. Buna ən yaxşı örnək Avropadakı- Amerikadakı afrikalılardır. Onlar Avropadakıların köləsi olaraq yaşamış və özlərinə fransız, ingilis və. s deməyə məcbur edilmişlər.


Bəziləri milli mənsubiyyəti önəmsəmədiyini desələr də amma evlərinə ən kiçik əşya aldıqlarında onun mənşəyini soruşurlar. Məsələn, bir köynək alarkən pambıq yoxsa sintetik olduğunu araşdırırlar və ya bir çanta alınca dəri və ya dəri əvəz edici olduğunu sual edirlər. Hal belə olunca, öz mənşələrini, milli kimliklərinə önəm vermirlərsə demək ki, sosial varlıq olan insana aldıqları əşya qədər dəyər verməyi düşünmürlər. Bu isə ağla və məntiqə sığacaq bir düşüncə deyil.
Türklərdə millət qavramı dövlətin ayrılmaz bir parçasıdır(13). Bəs biz Azerbaycanlıların milləti nədir ? Bu suala cavab olaraq “Türk milləti ” deyə düşündüyünüzü bilirəm və mən də belə düşünürəm. Amma bəziləri ” azəri ” və ya “azərbaycanlı”deyə söyləyir. Bu ” azəri “sözü son zamanlarda meydana çıxmışdır. Sizə əminliklə deyə bilərəm ki, biz Oğuz Türklərini, “azəri milləti” deyə farslar, “azərbaycanlı milləti ” deyə isə ruslar adlandırmışlar. Bunun səbəbi heç şübhəsiz İran adlanan fars dövlətinin 40 milyon Azərbaycan Türkünün ayağa qalxmasından qorxmasıdır. İran fars dövləti “azərilər” deyə bizi türk millətindən ayırmaq istəyiblər. Digər tərəfdən ruslar da “azəri və ya azərbaycanlı”, özbək, qazax, tatar, tacik deyə türk millətini parçalamış və beləcə hökm etmişdir. Əks halda türklərin tək türk milləti adı ilə birləşib onlara baş qaldıracaqlarını və Qafqazlarda Avrasiyada hökm sürəcəyindən əmin olmuşlar. Ruslar, farslar və ingilislər tarix boyu türk millətinə böl, parçala, ud və ya hökm et siyasətini həyata keçirmişlərdir.
Azərbaycan tarix boyu Oğuz Türkmən, Türk yurdu olmuşdur. Hətta Dədə-Qorqud dastanındakı hekayələrdə keçən yer adlarının Azərbaycanda olduğunu türkiyəli məşhur tarixçi M.F.Kırzıoğlu isbat etmişdir. Azərbaycan türkləri üçün tarixdə bizanslılar “Turkia”, farslar “Türkmən cənnəti” deyiblər. Osmanli-Səfəvi qaynağlarında da Azərbaycanda yaşayan əhaliyə Türkmən deyilmişdir. Oğuz Türk hökümdarı olan Şah İsmayil Xətai də Azərbaycan torpağında yaşan əhaliyə doğru olaraq “Türk oğulları” deyə xitab etmişdir: “Ey Türk oğlulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə,bir ovuc torpağınızı dünyanın heç bir dövlətinə dəyişmyinə. Onu qoruyun və gələcək nəsillərə göndərin” Türk hökümdarı Şah İsmail Xətai.
Azərbaycan adının mənşəyi ilə əlaqədar tarixçilər və araşdırmacılar müxtəlif fikirlər irəli sürmüşlər. Amma “Azərbaycanlı” deyə millətin olmadığı fikirində həm fikir olmuşlar. Bu nöqtədə tarixə baxdığımızda bu mövzunu araşdıranlar qaynaqlarda bölgə xalqına “azərbaycanlı” və ya ” azəri “adlarını verməmiş və bu şəkildə tanımlanmamışdırlar. Bu gün yayqın şəkildə və qərəzli olaraq, “azərbaycanlı milləti” , “azəri millət” , “azəricə dili” və ya “Azərbaycan dili” deyə yayqınlaşdırılır. Bu nədənsə xüsusi ilə Güney Azerbaycanda deyil də Quzey Azerbaycanda belədir. Quzey Azerbaycanda insanların dilində özəlliklə “azəri” və”azəricə” sözləri dolanır. Bu baxımdan fars zülümünə məruz qalmalarına baxmayaraq, Güney Azerbaycandakı soydaşlarımız daha cəsurdurlar və doğruları dəyişdirmirlər. Güney Azərbaycandakı soydaşlarımız hər xaman, hər yerdə Türk millətindən olduqlarını və dillərinin Türkçə olduğunu xüsusi ilə qeyd edirlər.Bunu mən Təbrizə ziyarətimdə özüm gözləmlədim.
Özlərini “azəri” və ya “azərbaycanlı” milləti adlandıranlar, tarixi araşdırsalar çox böyük xəta etdiklərini anlayarlar. “Azəri” deyə farslar atəşə sitayiş edən kiçik bir tayfanı adlandırırlar. “Azərbaycanlı” deyə bir millətin olmayacağını oxuyan, arşdıran hər kəs anlayar. Çünki “Azərbaycanlı”, Amerikalı, Fransalı və. s hansı ölkədən olduğunu bildirən ifadədir. Belə bir millət ola bilməz. Necə ki, İraqli, Suriyali, Libyali, Dubaylı deyə millət yoxdur və burda yaşayan insanlarin milləti ərəbdir. Azərbaycanlıların, Özbəkistanlıların, Qazaxıstanlıların, Türkmənistanlıların, Türkiyəlilərin, Güney Azerbaycanlıların. İraq və Suriya Türkmənlərinin və. s milləti Türkdür yəni bu insanlar milli azlıqları çıxmaq şərti ilə əsasən Türk millətinə mənsubdurlar.
Miladdan öncəki dönəmlərdən 20. yüz ilə qədər Azərbaycanda yaşayan insanlara daima Türk deyilmiş və danışdığımız dilə də Türkçə deyilmişdir. Sovet dönəmində rusların işğalı ilə azərbaycanlı, azəri və azəricə ifadələri xüsusi ilə yayqınlaşdırdı(14) 1936-cı ildə Stalin özəlliklə ” Türk milləti ” deyilməsinə qarşı çıxaraq “azərbaycanlı” deyilməsini təbliğ etdirir. Stalinin məqsədi Türklərə qarşı” böl, parçala yönət” siyasətini həyata keçirməkdir. Bu yerdə unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin bu misraları hər şeyi izah edir:
“Qurdlar olub çobanların qoyunu,
İtdən öyrənirsən öz soyunu,
Azərilik komunizmin oyunu,
Azəri deyiliz,Türk oğlu Türküz.
Halbuki, 1919-cu,1924-cu ilə aid bəlgələrdə və 1929-cu ilə aid olan kitablarda Türk dili və sonrasında 1934 -cü və 1941 ci illərə aid şəxsiyyət vəsiqələrdə və pasportlarda Türk milləti olaraq qeyd edilir. Sonradan müstəqillik zamanında, mərhum dövlət başçısı Əbülfəz Elçibəyin dönəmində də kitablarin üzərində “Türk dili ” deyə özəlliklə qeyd edilirdi.
Demək ki, bizlərin Türk millətinə mənsub olduğumuz gərçəyi işğalçıları (rusları, farsları) ciddi dərəcədə narahat edir və qorxudurdu. Mərhum düşünürümüz və şairimizin Bəxtiyar Vahabzədənin bu misralarını tam yeridir deyə düşünürəm:
“Anlaya bilmirəm, niyə “TÜRK” sözü,
Kiminsə başına düşən daş olmuş… ”
Azərbaycanın şairlərindən biri olan Səməd Vurğun da Stalinin qəbulunda oxuduğu “Rəhbərə Salam” şeirində Türk sözünü işlətmişdir:
Bakının sayrışan ulduzlarından,
Çadrasız, boyasız Türk qızlarından,
Uçan durnaların xoş avazından,
Bizim aşıqların avazında,
Şərqin qapısından yanan bir şamdan,
Günəşli gündüzdən, aylı axşamdan,
Azad sənətimdən, azad dilimdən,
Mənə könül verən öz sevgilimdən
Salam gətirmişəm huzuruna mən,
Bu gündən, gələcək qərinələrdən!
Sizlərlə azərbaycalıların türk millətinə məxsus olduğunu tarixi dəlillərə əsasən paylaşdım. İndi özlərini “azəri” deyə atəşə sitayiş edən kiçik bir tayfa olaraq görənlərə və “azərbaycanlı” milləti deyə adlandıranlara yenidən düşünmələri gərəkdiyini məsləhət görürəm. Əks halda sadəcə 1936-ci ildən sonra meydana gələn bir millət olaraq kiçilərlər. Halbuki, bizlər şanli Oğuz Türkləriyik və milladdan 5 min il öncəyə uzanan bir tariximiz vardır. Digər tərəfdən bizim müstəqilliyimizin rəmzi olan üç rəngli şanlı bayrağımızdakı mavi, göy rəngin anlamının türk milləti olduğumuzu və soyumuzun Gök Türklərdən gəldiyini bildirdiyini anlamaları lazımdır. Bunu Azərbaycanda ibtidai sinifdə oxuyan şagirdlərin belə bildiyi halda, yaşı kifayət qədər olan bəzi millət vəkillərinin və ya akademiklərin bilməməsi həqiqətən heç də inanadırıcı deyil. Bu qərəzli Türk düşmanlığına son verilməsi lazımdır! Azərbaycanın mərhum qurucu türkçü lideri, dövlət başçısı Əbulfəz Elçibəyin bu fikirlərini xatırlatmaq istərdim “Türklük odur ki, Türklüyün önəmini dərk edəsən və onunla fəxr edəsən. Necə ki, ingilislər ingilisliyini dərk edir və onunla fəxr edirlər” , “Türk deyiləm ” deyənə qarşı heç vaxt israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla, zorla şərəf verəcək deyilik”.


Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev də hər zaman “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” demişdir.
Sözümü mərhum şairimiz və düşünürümüzün bu misralariyla bitirmək istərdim:
Əslimi, nəslimi tanıyıram mən,
Qarışqa deyiləm özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən
Mən ilk qaynağımdan Türk oğlu Türkəm!
Sizin diqqətinizi bu yazimda açıqca Türk olduğumuza yönəltdim. Bunu inkar etməyə çalışanların əminəm ki, qanında ya rus və ya erməni qarışığı ola bilər. Amma bu onlara haqq vermir ki, bütün Azərbaycanlıların Türk olmadığını idda etsinlər. Bu hüquqi bir suçdur! Unutmayın bizlər şanlı Oğuz Türkləriyik! vətənimizin, ölkəmizin adı Azərbaycandır. Türkiyəli 80 minlyonluqTürk qardaşlarımız hər zaman Can Azərbaycan deyərlər. ÇÜNKİ ONLAR EYNİ CAN, EYNİ QAN OLDUĞUMUZU BİLİRLƏR. Nə mutlu Türküm deyənə!
İstifadə edilən mənbələr:
1.Ömer İlhan Akipek, Devletler Hukuku: Devletler Hukuku Şahıslarından Devlet, Ankara, Başnur Matbaası, Üçüncü Bası, Tarihsiz, s.87.
2. Kemal Gözler, “Devletin Bir Unsuru Olarak ‘Millet’ Kavramı”, Türkiye Günlüğü, Sayı 64, Kış 2001, s
3.MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf
4.Renan hakkında bkz. Edward McNall Burns, Çağdaş Siyasal Düşünceler: 1850-1950 (Çev. Alaeddin Şenel), Ankara, Birey ve Toplum Yayıncılık, 1982, s.442-443.
5.Kemal Gözler, “Devletin Bir Unsuru Olarak ‘Millet’ Kavramı”, Türkiye Günlüğü, Sayı 64, Kış 2001, s.114.
6.Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882. Türkçe çevirisi için bkz. Ernest Renan, “Millet Nedir”, Ülkü, Sayı 77, Temmuz 1939, s.396 vd., Sayı 78, Ağustos 1939, s.514 vd.
7.Okandan, op. cit., s.693.
8.Ibid.
9.. Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882, s.29 (nakleden Georg Jellinek, L’Etat moderne et son droit, (Traduction française par Georges Fardis), Paris, M. Giard & E. Brière, 1911, Cilt I, s.208).
10. McNall Burns, op. cit., s.443.
11..MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf
12. Ziya Gökalp, Makaleler VIII, “Millet Nedir?”, Ankara,1981, s.151. http://.ege-edebiyat.org/docs/530.pdf
13.genelbilgi.com
14.Bülent Pakman.Ağustos 2012.Son guncelleme Ekim 2013. http:wp/me PA exV-2
15.Kemal Gözler**Doç.Dr. Uludağ Üniversitesi İktisadî ve İdarî Bilimler Fakültesi öğretim üyesidi
Türk komutan İshak ÇELİK bəyə, verdiyi dəyərli bilgilər üçün xüsusi təşəkkür edirəm, sayqılarımla.

AYNUR TALIBLI

İstanbul Sabahattin Zaim

Üniversiteti, Tarix və Mədəniyyət Araştırmaları Bölümü, Yüksək Lisans 

Veteninfo.az

COP29