!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azəri Yurdu “Mədəni Vətəndaş” layihəsinin icrasına başlayıb-Foto

!Reklam – Yazi

7b861ca1-ecb1-44c8-8dcf-8ad8bf001533Azəri Yurdu Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 7-ci qrant müsabiqəsində çərçivəsində A kateqoriyası üzrə “Mədəni Vətəndaş” adli layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi gənclərin və yeniyetmələrin daha etik, anlaşıqlı və mədəni yetişməsində yardımçı olmaq, gənc yaşlarından etik dəyərləri daha güclü formalaşdırmaq və ictimai davranış normalarını cəmiyyətə çatdırmaqdır. Layihə çərçivəsində Bakı şəhərində yerləşən bir neçə ali təhsil müəssisələrində gənclər arasında mədəni dəyərlərin təbliği, şəhər nəqliyyatında, yollarda, park və xiyabanlarda ictimai davranış qaydalarının təbliğini məqsədilə gənclərin daha mədəni vətəndaş kimi formalaşması naminə təlim proqramları və seminarlar həyata keçirilməsi nəzərdə tutulur
Layihə çərçivəsində «Kulturologiya və multikulturalizm: vətəndaş mədəniyyətinin formalaşdırılması». mövzusunda növbəti təlim proqramı 26 noyabr 2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında baş tutmuşdur. Təlim proqramında Akademiyanın Tələbə Gənclər Təşkilatının fəal üzvləri, Akademiyada təhsil alan tələbələr və ekspert qismində qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan “Azəri Yurdu” Gənclər İctimai Birliyinin sədri Mirəli Mahmudov keçirilən layihənin məqsədi haqqında ətraflı məlumat verib və gənclər arasında bu mövuda maarifləndirmə işlərinin apararılmasının zəruri olduğunu bildirib. Daha sonra çıxış edən Akademiyanın prorektoru Sirac Məmmədov belə tədbirin universitet və digər təhsil ocaqlarında keçirilməsinin vacibliyini qeyd edib və növbəti görüşün məhz Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunduğu üçün İctimai Birliyə minnətdarlığını bildirib.
Təlim proqramında məruzəçi qismində iştirak edən kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov belə layihələrin təqdirəlayiq olduğunu vurğulayıb, kulturologiya sahəsində təcrübələrini gənclərlə bölüşüb. Daha sonra iştirakçılar arasında mövzu ətrafında geniş fikir mübadiləsi olub.

Hörmətlə,
Mahmudov Mirəli Mirəkbər oğlu
Azəri Yurdu Gənclər İctimai Birliyinin sədri

www.yenicag.az

1022
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv