“Azəriqaz” abonentlərə müraciət etdi

“Azəriqaz” İB abonentlərə müraciət edib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, müraciətdə deyilir:

“SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması məqsədi ilə 03 iyul 2018-ci il tarixdə aparılması nəzərdə tutulan təmir-bərpa işləri texniki səbəblərə görə təxirə salınıb. Hal-hazırda həmin ərazilərə təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur”.

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

COP29