“Azəriqaz” yeni aksiyaya start verdi – VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ötən həftədən etibarən “BAŞDAN AYAĞA” adlı yeni aksiyaya start verib.

Yenicag.az xəbər verir ki, bu aksiya Birliyin rəhbər heyətinin təşəbbüsü ilə ərsəyə gəlib.

Bu dəfə SOCAR “Azəriqaz” İB-nin müvafiq şöbə rəisləri Birliyin qəza xidmətinin əməkdaşlarına dəstək olublar. Hər gün müxtəlif təyinatlı müraciətlərə operativ reaksiya verən qəza xidmətinin əməkdaşlarının yükünün müəyyən hissəsini öz üzərinə götürən şöbə rəisləri, Nizami rayonunda fərdi yaşayış evinə quraşdırılan sayğacda nasazlıq və sızma halını aradan qaldırıblar. Əlavə olaraq Birliyin rəhbər şəxsləri abonentin xahişi ilə əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacın, sonradan ödənişli (mexaniki tipli) sayğacla əvəz olunması işlərini də həyata keçiriblər. Qısa müddətdə fərdi yaşayış evinə təbii qazın verilişi təmin olunub. Bu aksiya abonentlər tərəfindən də təqdir olunub. Birliyin rəhbər şəxsləri bundan sonra da mütəmadi olaraq abonentin ayağına gedərək baş verən qəzanı və ya problemi özləri icra edəcək. Məqsəd abonent məmnunluğu və SOCAR “Azəriqaz” İB-nin rəhbər şəxslərinə əl çatanlığı artırmaqdır.

Daha ətraflı video materialdan izləyə bilərsiz: