“Azəriqaz”ın 1000-dən çox əməkdaşı cəzalandırıldı – RƏSMİ

“2022-ci ilin yanvar-mart ayları üzrə 1022 intizam tənbehi verilib. Onlardan 265-i mühəndis texniki işçilərə, 757-si isə fəhlə heyətinə verilib”.

Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev deyib.

O bildirib ki, intizam tənbehlərindən 624-ü töhmət, 302 əməkdaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:

“91 əməkdaşa əməkhaqqının dördə bir məbləğində cərimə tətbiq edilib. 5 əməkdaş isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci bəndinin C bəndi ilə işdən azad edilib”.

R.Əliyev onu da qeyd edib ki, cari ilin mart ayı ərzində isə 318 intizam tənbehinin verilib:

“Onlardan 78-i mühəndis texniki işçilərə, 240-ı isə fəhlə heyətinə verilib. 211 töhmət, 83-ü sonuncu xəbərdarlıqla şiddətli töhmət, 22-si aylıq əməkhaqqının dördə bir məbləğində tutulma, 2-si isə əmək məcəlləsinin müvafiq bəndinə əsaəsn işdən azad edilib”.

COP29