“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə “Azərenerji” ASC-də yeni vəzifə verilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.
Əmrə əsasən, Ruslan Əliyev “Azərenerji” ASC-nin departament direktoru təyin edilib.
Xatırladaq ki, Ruslan Əliyev ötən ay “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.