Azərişıq ASC-nin idarəsində oğurluq qeydə alınıb.
Yenicag.az-ın xəbərinə görə, Şirvan şəhər sakini Telman Cəfərov Şirvan Şəhər Polis Şöbəsinə müraciət edərək bildirib ki, işlədiyi Azərişiq ASC-nin Şirvan Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində ona məxsus mobil telefon oğurlanıb. O, oğurluqda iş yoldaşı R.Musayevdən şübhələndiyini bildirib.
Faktla bağlı araşdırma aparılır./Report/