“Azərişığ”ın əməkdaşı minaya düşərək ağır xəsarət alıb.
Yenicag.az xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Mahir Ramiz oğlu Əbilov xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.
Yaralının sağ ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır./Axar/