İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən“Azərişıq” ASC 10 fevral 2015-ci ildən, yəni yarandığı gündən Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda və regionlarda, eləcə də torpaqlarımız işğaldan azad olunandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bir sıra uğurlu layihələrə imza atıb.
“Azərişıq” ASC fəaliyyət göstərdiyi 10 il müddətində qazandığı uğurlarla ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial rifahına töhfəsini verib. Müasir texnologiyalar və ən son innovativ yeniliklərin tətbiqi qurum tərəfindən göstərilənxidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, həm də vətəndaş məmnunluğununun artmasına şərait yaradıb.
“Azərişıq” ASC tərəfindən son 10 il ərzində ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min kmuzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. Həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub. Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə,quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. “Azərişıq” ASC-nin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsində şəbəkənin qoyuluş gücündə də əvvəlki illərlə nisbətdə xeyli artım müşahidə olunub. Təkcə ötən 1 ildə bu rəqəm 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib.
Son 10 ildə Rəqəmsal İdarəetmə Mərkəzləri və SCADA sistemlərinin tətbiqi ilə şəbəkələrin dayanıqlılığı və etibarlılığı xeyli artıb. Hazırda ölkədə bu sistem vasitəsilə idarə olunan 34 yarımstansiya mövcuddur.
“Azərişıq” ASC maliyyə idarəetməsinin və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi nəticəsində də 10 il ərzində uğurlu nəticə göstərib, enerji yığımı göstəricisi 80 %-dən 97,6%-ə yüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib. Bu ilin sonunadək texniki itkilərin daha 0,2 % azaldılaraq 8,3 %-ə çatdırılması proqnozlaşdırılır.
Vətəndaşlara göstərilən xidmətlərin daha sadə və əlçatan olması istiqamətində son illər görülən işlər uğurlu nəticə verib. 2017-ci il ilə müqayisədə “Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb.Əvvəl 7 prosedurla aparılan müraciətlər bu gün sadəcə 2 prosedurla yekunlaşır. Nəticədə şəbəkəyə qoşulma prosesləri 41 gündən 20 günə endirilib. Hazırda “Azərişıq” ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsi ilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. Ötən il sahibkarlıq subyektlərinin 53.4 %-i elektron şəkildə müraciət edib.
“Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Bu sahədə son 1 il ərzində, xüsusən ötən il noyabrın 11-dən 22-dək ölkəmizdə keçirilən COP-29 ərəfəsində ciddi addımlar atılıb. Paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib. Bakı şəhəri və ətraf ərazilərdə 22, İşğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDMquraşdırılıb. Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və program təminatına inteqrasiyası həyata keçirilir.Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib.
“Azərişıq” ASC 5 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda da yenidənqurma işləri həyata keçirib və bu proses hazırda davam edir. Doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar əkilir və elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradırılır. Ötən illər ərzində Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrininİnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0.4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq 1 yarımstansiya, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib.
2024-cü ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyasını işə salıb. Oktyabrın 3-dəZəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib.
İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi də davam edir. Laçında müasir yarımstansiya və rəqəmsal idarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq “Minkənd” yarımstansiyasının inşası, “Ağbulaq-SES” və “Minkənd” yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişiyekunlaşmaq üzrədir. Xocalıda “Xocalı” yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi,“Əsgəran”, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə “Zoğalbulaq”yarımstansiyasının tikintisi, Hadrut “Qovşaq”yarımstansiyası ilə “Zoğalbulaq” yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsəsilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir.
Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, XocalıdaAşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndlərivə Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir.
“Azərişıq” ASC gənc mütəxəssislərin hazırlanıb işlə təmin olunmasında da ötən illərdə bir çox uğurlu layihələr həyata keçirib. Bu məqsədlə Cəmiyyətin 2012-ci ildən fəaliyyət göstərən Tədris və İnnovasiyalar Mərkəzinin2015-ci ildən başlayaraq 9 regional filialı təsis edilib. Bu gün yüksək bilik və bacarığa malik peşəkar kadrların hazırlanması bilavasitə həmin filiallarda gerçəkləşdirilir. Həmçinin Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən 1 Yarımstansiya-Muzey, 3 Regional Təlim Poliqonu və Elektroenergetika Yaddaş Mərkəzi mövcuddur. Tədris və İnnovasiyalar Mərkəzi nəzdində “Ağıllı Şəbəkələr”, “Mühəndis Pedaqogikası”, “Yaşıl Enerji”, “Texnoloji İnnovasiyalar” kafedraları və “Təlim-Təcrübə Laboratoriyası” təsis edilib. “Texnoloji İnnovasiyalar” kafedrası nəzdində “Beyin Mərkəzi – Analitik Təkmilləşdirmə Qrupu” fəaliyyət göstərir. Həmin müəssisələrdə müxtəlif istiqamətlər üzrə ixtisasartırma və təkmilləşmə kursları təşkil olunur.
Gənc kadrların elektroenergetika sahəsində yüksək peşə bilik və bacarığına yiyələnməsi məqsədilə son 10 il ərzində 21 minə yaxınmüdavim 1700-dən çox müxtəlif kurslara, 12 mindən çox tələbə təcrübə proqramlarına cəlb olunub. Eyni zamanda mərkəzdə innovativ layihələr, beynəlxalq ekspertlərin iştirakı ilə konfranslar, dəyirmi masa və təcrübə mübadiləsikimi tədbirlər də həyata keçirilir. 2022-ci ildən başlayaraq, Tədris Mərkəzində “Təlim-Təcrübə Laboratoriyası” fəaliyyət göstərir ki, buradaödənişli əsaslarla “Mühəndis hazırlığı” təlimlərinə cəlb edilən məzunlar yekunda Səhmdar Cəmiyyətin struktur bölmələrində işlə təmin edilir. Hazırda Tədris Mərkəzi Türkdilli dövlətlər də daxil olmaqla 12-dən çox ölkəni əhatə edən beynəlxalq şirkətlə əməkdaşlıq edir.
Bir daha qeyd edək ki, “Azərişıq” ASC ölkənin hər bir regionunun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ən ucqar dağ kəndlərinin, habelə sərhədboyu ərazilərin elektrik təsərrüfatını yeniləyir, vətəndaşlara işıqlı həyat bəxş etmək üçün 24 saat fasiləsiz xidmət göstərir.
İşıqlı Azərbaycan naminə 10 yaşın mübarək “Azərişıq”!