!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişıq” ASC-nin 5 əməkdaşı Vətən müharibəsində şəhid olub

!Reklam – Yazi

Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsində iştirak edən 3 061 hərbi qulluqçunun “Vətən uğrunda” medalı ilə təltif edilməsi ilə bağlı sərəncama əsasən, təltif edilənlər arasında “Azərişıq” ASC-nin 5 əməkdaşı var.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

“Ali Baş Komandanımızın qiymətləndirdiyi şəhid əməkdaşlarımız İbrahimov Atiq Ariz oğlu, Məmmədov Murad Yusif oğlu, Həbibi Şəhriyar Vidadi oğlu, Həsənli Elçin Vaqif oğlu və Hüseynli Əliheydar Səlahəddin oğludur. Məlum sərəncamı müzəffər Ali Baş Komandanımızın şəhidlərin ruhuna hörmət və ehtiramın parlaq ifadəsidir.
Çoxminlik “Azərişıq” ailəsi adından bu nəcib əməllərinə görə ölkə prrezidentinə təşəkkür edirik”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan ordusunun əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində “Azərişığ”ın 293 əməkdaşı iştirak edib. Onlardan 5-i şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.

www.yenicag.az

752
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv