Cənub bölgəsində güclü külək başlayıb.
Bu barədə Yenicag.az-a “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, hazırda əsasən Cəlilabadda və Biləsuvarda güclü külək müşahidə edilir: “”Azərişıq” ASC-nin əlaqədar qurumları elektrik enerjisində fasilələr yaranmamaq üçün qabaqlayıcı tədbirlər görülür”.
T.Mustafayev bildirib ki, hazırda 199 Çağrı Mərkəzi 24 saat xidmət göstərir: “Fərdi qaydada belə problem olarsa, əməkdaşlar operativ aradan qaldırmağa hazırdır. Əlavə mal-material, maşın mexanizmlər hazırlığı görülüb”.