!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişıq” güclü küləyə görə fövqəladə iş rejiminə keçdi

!Reklam – Yazi

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti, o cümlədən güclü küləklə əlaqədar olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.

Qeyri-sabit hava şəraiti zamanı qəza baş verəcəyi ehtimal edilən ərazilər tam nəzarətə götürülüb.

“Bütün istiqamətlərdə, rayonlarda, qəsəbə və ucqar kəndlərdə əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır, maşın-mexanizmlərimiz hazır vəziyyətə gətirilib. Son illərdə paylayıcı elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün lazım olan bütün tədbirlər görülüb. Hər hansı bir ərazidə elektrik enerjisi verilişində problem yaranarsa, əməkdaşlarımız dərhal nasazlığı aradan qaldırmağa tam hazırdır”-Səhmdar Cəmiyyətin mətbuat xidməti bildirir.

Hazırda ölkə ərazisində elektrik enerjisinin verilməsində problem yoxdur.(virtualaz)

“Azərişıq” ASC-nin mətbuat xidməti

Yeniçağ.az

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv