“Xocalı və Xankəndində infrastruktur layihələri həyata keçirilir”
Yenicag.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov deyib.
Onun sözlərinə görə, Xocalı şəhərində bir sıra mühüm infrastruktur layihələri üzrə işlər bitmək üzrədir:
“Şəhər mərkəzində yeni bir yarimstansiyanın tikintisi tamamlanmaq üzrədir və yaxın günlərdə bu obyektin fəaliyyətə başlaması planlaşdırılır. Yarımstansiyanın əsas planı hazırdır, ona uyğun sxemlər üzərində işlər gedir.
Bundan əlavə, Xankəndində 35 kV-luq yeni elektrik şəbəkəsi layihəsi üzərində də işlər aparılır. Bu layihələrin həyata keçirilməsi ilə regionda enerji təchizatının yaxşılaşdırılması hədəflənir. Xankəndində həmçinin yeraltı qaynaqlardan istifadə ediləcək, bu da enerjinin effektiv idarə olunmasına imkan yaradacaq. Bu layihələr, bölgənin infrastrukturunun inkişafı və sakinlərin yaşam şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Məsimə Məmmədova