!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişıq” son günlər 19 qanunsuz qoşulma aşkar edib - VİDEO

!Reklam – Yazi

“Azərişıq” ASC-nin əməkdaşları əraziyə baxış keçirən zaman bəzi abunəçilərin “Elektrik enerjisindən istifadə Qaydaları”nı ciddi şəkildə pozduqlarını aşkar edib.

Bu barədə Yeenicag.az-a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, elektrik enerjisindən kənar xətlə istifadə, sayğaca müdaxilə, sayğac möhürlərinin pozulması halları aşkarlanaraq aktlaşdırılıb.

Son günlər 19 belə faktla bağlı barələrində müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Aşkarlanan qüsurlarla əlaqədar son faktlar aşağıdakılardır:

1. Paytaxtın Xətai rayon sakini Səmədov Rəşid – fərdi yaşayış evinə məxsus sayğac keçən yükü qeyd etmir. Nəticədə müəyyən olunub ki, sayğacın daxilinə pultla idarə olunan qurğu yerləşdirilib.

2. Paytaxtın Nizami rayon sakini Məmmədov Kəramət – fərdi yaşayış evinə məxsus sayğac yerində yoxdur və işlədicilər şəbəkəyə birbaşa qoşulub.

3. Bakının Xəzər rayon sakini Səfərov Nazim – baxış keçirilən zaman məlum olub ki, abonentin fərdi koduna uyğun dövlət nişanlı sayğac yerində yoxdur, əvəzinə həmin kodda başqa sayğac quraşdırılıb.

4. Xırdalanda Şükür və Rafael Məmmədrzayev qardaşlarına məxsus ticarət obyektinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Elektrik enerjisindən xətdən kənar istifadə edilir.

5. Sumqayıt şəhər sakini Nəcəfov Məhərrəmə məxsus obyektə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Nəticədə müəyyən edilib ki, sayğac yanıb, işlədicilər şəbəkəyə birbaşa qoşulub.

“Hər bir istehlakçı bilməlidir ki, uçot cihazlarına müdaxilə olduğu zaman bu hal sayğacın yaddaş kartı tərəfindən qeydə alınır və laborator qaydada müasir proqramların köməyi ilə müdaxilənin tarixi və forması çox asanlıqla müəyyən edilir. Odur ki, bu gün aşkarlanmayan qüsur yoxdur. İstehlakçılarımıza bir daha tövsiyə edirik ki, bu tipli neqativ hallardan çəkinməklə qanun pozuntularına yol verməsinlər! Çünki, bu kimi talançılıq faktları barədə hüquq-mühafizə orqanlarına müvafiq qaydada bundan sonra da müraciətlər ünvanlanacaq. Hüquq mühafizə orqanlarına da təşəkkür edirik, dərhal müraciətlərə reaksiya verib, tədbirlər görürlər. Qanunsuz yola baş vuranların adları isə mütəmadi olaraq mediaya təqdim olunacaq”, – deyə V.Mustafayev əlavə edib.

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv