“Azərişıq” təmir-bərpa işlərini təxirə saldı – SƏBƏB

“Azərişıq” təmir-bərpa işlərini təxirə salıb.

Yenicag.az xəbər verir ki, “Azərişıq” bələdiyyə seçkiləri ilə əlaqədar planlaşdırılmış təmir-bərpa işlərini təxirə salıb

“Azərişıq” ASC dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyetli elektrik enerjisi ilə təchiz edəcək. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər və mal-materiallar ayrılıb:

“Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq”.

COP29