!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu dövlət tərəfindən ödənilib”

!Reklam – Yazi

“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə olan borcu Azərbaycan Prezidentinin maliyyə dəstəyi sayəsində artıq öz həllini tapıb.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Azəristiliktəchizat”ın “Azəriqaz”a 43 mln. manatdan çox borcu var idi: “Bu borcun 11 milyon manatı köhnə, 32 milyon 700 min manatı yeni yaranmış borc idi. Artıq bu borc dövlət vəsaiti hesabına tam ödənilib”.

O bildirib ki, Azərbaycanda istilik enerjisinin qiyməti ucuzdur: “Bu qiymət ucuz olduğu üçün “Azəristiliktəchizat” aldığı qazın pulunu ödəyə bilmir. Qurumun yığımında da problemlər yaranırdı. Bu da Prezidentin əhaliyə sosial qayğısı oldu və o, bu borcun dövlət tərəfindən ödənilməsini təmin etdi”.

O bildirib ki, indi mübahisəli borcdan başqa heç bir qurumun “Azəriqaz”a borcu yoxdur.

www.yenicag.az

1239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv