“Azərkosmos” “Türksat” ilə yeni müqavilə imzaladı

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) Türkiyənin peyk rabitə operatoru “Türksat” ilə yeni müqavilə imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərkosmos” məlumat yayıb.

Müqaviləyə əsasən, “Türksat” peyk operatoru “Azerspace-2” telekommunikasiya peykinin tutumundan Afrika bölgəsində data layihələrində istifadə edəcək.