!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərlotereya" qeyri-neft sektorunda ən çox vergi ödəyən dövlət təşkilatlarından biridir" - ŞƏRH

!Reklam – Yazi

“Azərlotereya” qanunsuz mərc oyunlarının və vergidən yayınma hallarının qarşısını almaq üçün böyük işlər görüb”.

Bu sözləri Yenicag.az-a “Azərlotereya” şirkətinin dövlət büdcəsinə verdiyi xeyirlərdən danışarkən millət vəkili Naqif Həmzəyev deyib.

O bildirib ki, vətəndaşlarımız qanunsuz mərc oyunlarında iştirak edərək vergidən yayınırlar:

“Azərlotereya” daha müasir və şəffaf formada işləyir. Şirkətin fəaliyyəti ilə yaxından tanış olsanız, görərsiniz ki, onlar şəhid ailələrinin xərclərini öz üzərinə götürüblər. Eyni zamanda, bir çox sosialyönümlü layihələr həyata keçirir, gəlirlərinin bir hissəsini sağlam həyatın təşviqinə, yəni idman oyunlarına xərcləyir. Həmçinin “Azərlotereya” bir sıra digər sosial layihələri də maliyyələşdirir. Buna “Misli” premyer liqasını misal göstərə bilərik. İstənilən halda, mən vətəndaşlarımıza tövsiyə edirəm ki, əyləncə məqsədilə mərc oyunlarında iştirak etsinlər və ən əsası, həmin oyunlar gəlir məqsədinə çevrilməsin. Bundan əlavə, qanunsuz mərc oyunlarına qoşulmasınlar. “Azərlotereya” qeyri-neft sektorunda ən çox vergi ödəyən dövlət təşkilatlarından biridir. Bu da dövlət büdcəsinə birbaşa töhfədir”.

İqtisadçı Fuad İbrahimov isə qeyd edib ki, dövlətçiliyimizdə lotereya fəaliyyəti tənzimlənir:

“Azərlotereya” qanunvericiliklə işləyir. Mərc oyunlarının dövriyyəsi də artıb. Həmin artım nəticəsində vətəndaşlarımızın uduş şansları da çoxalır. Beləliklə, vergi miqdarı da artır. Bundan başqa, “Azərlotereya” maarifləndirmə prosesini çox sağlam şəkildə təmin edir. Reklam və marketinq strategiyası güclüdür. Bütün bunların hamısı büdcəmizə xeyirdir”.

www.yenicag.az

1059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv