“Azərlotereya”dan vətəndaşlara müraciət

İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC vətəndaşlara müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:

“Prezident İlham Əliyevin ötən gün imzaladığı “Hərbi vəziyyət elan edilməsi haqqında” fərmanından irəli gələn tələblərə uyğun olaraq, bu gündən tirajlı lotereyaların keçirilmə vaxtı saat 21:35-dən 19:30-a dəyişdirilir. Lotereyalar həmişəki kimi Space TV-nin canlı efirində yayımlanacaq”.