!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərlotereya”nın “Poz-Qazan” oyunlarında oktyabrda böyük uduşlar qazanılıb

!Reklam – Yazi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin təşkil etdiyi “Poz-Qazan” lotereyaları üzrə oktyabr ayında ümumilikdə 7 böyük uduş qazanılıb.

Onlardan “Zümrüd” ani lotereyasında 100 000 və 10 000, “Qızıl”da 25 000, “Şans Ulduzu” və “Ani 50” lotereyalarında isə 2 dəfə 10 000 manat qazanılıb.

Uduşların qazanıldığı bölgələrə gəlincə, “Zümrüd”də böyük uduş – 100 000 manat Bakı şəhər sakini Cəfər Cəfərova qismət olub. 10 000 manat qazanan şanslı qalib Bakı sakini olub.

“Qızıl” ani lotereyasında da böyük uduş, eləcə də “Şans Ulduzu” ani lotereyalarında hər 2 uduş Bakı sakinlərinin bəxtinə düşüb.

“Ani 50”də 10 000 manat uduşu qazananların biri Beyləqan, digəri isə Zaqatala sakini olub.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin ani lotereya biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir. Ani lotereya biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri, market və metrolardakı satış nöqtələri və “Azərpoçt” şöbələrindən əldə edə bilərsiniz.

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv