!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərpoçt” istehlak krediti verəcək? - Mürəkkəbləşdirilən qurumun İDARƏEDİLMƏZLİYİ - ŞƏRH

!Reklam – Yazi

2010-cu ilin aprel ayından “Azərpoçt” MMC-yə müəyyən bank funksiyaları verilib. Belə ki, vətəndaş “Azərpoçt”un filial və şöbələrində özünə bank hesabı açaraq onu idarə edə bilir, hesabdan hesaba pul köçürmələri edir, vergi ödənişlərini həyata keçirir, nağdlaşdırma aparır və s. Vətəndaşın pulunun həmin hesabda saxlamasının müddətinə isə heç bir məhdudiyyət qoyulmayıb.

Bu funksiyalara əsasən “Azərpoçt”un istehlak kreditləri verməsinin mümkün olub-olmaması ilə bağlı “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc Yenicag.az-a açıqlama verib.

Vüqar Oruc bildirib ki, “Azərpoçt”a bank funskiyaları verilsə də, qurumda məhz “Kapital Bank”a məxsus hesablar açmaq mümkündür.

“Əməliyyatlar məhz bu banka məxsus hesablar üzərindən aparılır. “Azərpoçt” özü bank ola bilməz. Çünki ölkədə bəlli sayda kommersiya bankları və dövlətin payçı olduğu banklar var. Bu banklar öz funksiyalarını normal qaydada həyata keçirirlər. Mövcud vəziyyətdə alternativ ödəniş üsulları kifayət qədər çoxdur. Hazırda “Azərpoçt”un rəhbərliyində fəaliyyət göstərən məmurların əksəriyyəti bank sistemindən gəliblər. Lakin bu vəziyyət “Azərpoçt”un gələcəkdə istehlak krediti verməyinə əsas vermir”.

Vüqar Oruc hesab edir ki, bir quruma digər qurumların səlahiyyətlərini yükləmək heç də məqsədəuyğun deyil:

“Çünki qurum mürəkkəbləşdikdə onu idarə etmək çətinləşir. Bu baxımdan “Azərpoçt”un hazırkı fəaliyyətinin təkminləşdirilməsi əlavə funksiyaların verilməsindən daha vacibdir. Elə bir sistem tətbiq olunmalıdır ki, vətəndaşlar üçün hər zaman əlçatan olsun. Xüsusən də əlaqələrin inkişaf etdirilməsi, digər dövlətlərin poçt xidmətləri ilə müqavilələrin bağlanması, eləcə də fəaliyyətin daha çox rəqəmsal texnologiyalar üzərində qurulması daha məqsədəuyğundur. Çünki əvvəlki dövrlərdən fərqli olaraq, indi vətəndaşlar xidmətin daha çox asanlaşmasını istəyirlər. Xidmətin müasir tələblərə cavab verməsi dövlətin də güclü olmasına və təhlükəsizliyin təmin olunmasına yol açır” .

Gülşən Şərif

www.yenicag.az

990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv