Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərpoçt” nə qədər kompensasiya ödəyib?

Problemli kreditlərin həlli ilə bağlı prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən “Azərpoçt” MMC-nin respublika üzrə 1 497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Bu gün artıq 8-ci günüdür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb.

“Azərpoçt”dan Yenicag.az-a verilən məlumata görə, son 7 gün ərzində 40 907 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb. Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri 7 gün ərzində “Azərpoçt” MMC-dən 10 773 346 manat vəsaiti nağd formada alıb.

May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. “Azərpoçt” Bakı ərazisində yerləşən şöbələri və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.

Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1 000-dən yuxarı, digər bölgələrdə isə 1 000-dən aşağıdır. Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri “Azərpoçt” MMC-yə müraciət etməlidirlər. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləği nağd və nağdsız formalarda olmaqla “Azərpoçt” MMC-dən ala biləcəklər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın nəfərə şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsi ilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər.

Loading...

www.yenicag.az

6757
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100