“Azərsığorta”nın direktoru iş otağında ölü tapılıb

“Azərsığorta” dövlət sığorta şirkətinin Tovuz rayon filialının direktoru Raya Bayramova iş otağında ölü tapılıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, 1956-cı il təvəllüdlü R.Bayramovanın meyiti aidiyyəti üzrə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Tovuz rayon şöbəsinə təhvil verilib.

Meyitin üzərində qan ləkələri olduğuna görə, R. Bayramovanın qətlə yetirilməsi ehtimal edilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Yeniçağ.Az