“Azerspace-1” sığortalandı

40167“Azerspace-1” peyki sığortalandı. “Azərkosmos” ASC “Azerspace-1” peykinin məsuliyyətinin sığortası üçün “Altitude Risk Partners” şirkətini cəlb edib.

Yenicag.az trend-ə istinadən xəbər verir ki, şirkət Azərbaycan tərəfinin elan etdiyi tenderin qalibi olub. Bir il müddətinə bağlanmış müqavilənin dəyəri 47,5 min dollardır.

“Altitude Risk Partners” şirkəti peykin məsuliyyətinin sığortasını 2016-cı il fevralın 7-dək öz üzərinə götürəcək.