“Azərsu” ASC-nin sədri Milli Məclisə çağırıldı – SƏBƏB

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov Milli Məclisə dəvət olunub.

Yenicag.az xəbər verir ki, hazırda Q.Hüseynovla Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərinin iştirakı ilə görüş keçirilir.

Görüşdə ölkədəki su problemləri ilə bağlı müzakirələr aparılır./Report/