Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Azərsu" dövlətin pulunu necə mənimsəyir? - FOTO/VİDEO

12:02

“Azərsu” qazıntı işlərinə davam edir.

Yenicag.az xəbər verir ki, bu dəfəki qazıntı digərlərindən fərqlənir.

Məsələ burasındadır ki, ötən il Bakının Nəsimi rayonu Vidadi küçəsi 105 ünvanında su borusu partlayıb. Sakinlərin çoxsaylı müraciətindən sonra hadisə yerinə ağır texnika ilə gələn “Azərsu”nun əməkdaşları suyun çıxdığı yeri qazaraq partlamış borunu təmir etmək əvəzinə, ona çüy vurublar.

Bir müddət sonra isə qazılmış yerin üzərinə asfalt örtük çəkilib. Lakin çox keçməyib ki, təmir olunmaq əvəzinə çüylə yamadılan boru yenidən partlayıb və həyəti su basıb. “Azərsu”nun işçiləri bu dəfə hadisə yerinə gələrək asfaltı söküb, yenidən qazıntı işlərinə başlayıblar.

Görünür, belə hallar “Azərsu” rəhbərliyinin ürəyincədir. Anlaşılan odur ki, yaranan problemi kökündən həll etmək onlara sərf etmir. Və beləcə səhlənkarlıq nəticəsində dövlət pulları havaya sovrulur.

Emin Səfərov

Loading...

www.yenicag.az

8460
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100