Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Azərsu”da müəmmalı istefa

“Azərsu” ASC-də gözlənilməz kadr dəyişikliyi baş verib.

Əldə etdiyimiz məlumata görə, qurumun sədr müavini Mahir Məmmədov istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib. (Mia.az)

Məlumatı  Yenicag.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da təsdiqləyib. O, bildirib ki, Mahir Məmmədov ötən həftənin sonu öz istefa ərizəsini rəhbərliyə təqdim edib:

“Mahir Məmmədov öz istəyi ilə işdən ayrılıb. Keçən həftənin sonu sədr Qorxmaz Hüseynova istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib. Hansı səbəbdən ayrılmaq istəməsi haqqında dəqiq məlumatımız yoxdur. Yeni təyinatın olacağına gəldikdə isə bu haqda mediaya məlumat veriləcək”.

Məlumat üçün bildirək ki, M.Məmmədov əvvəllər ASC-nin iqtisadi məsələlər üzrə sədr müavini sonradan isə nəqliyyat üzrə müavin vəzifəsinə təyin olunub.

Elvin Paşazadə

www.yenicag.az

2605
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM