“Azərsun Holdinq” “Yaşıl dünyanın şəfası” adlı ustad dərsi təşkil edib – FOTO

 

2024-cü il Prezident İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik” ili elan olunandan bu istiqamətdə bir çox maraqlı layihələr həyata keçirilir.

Azərsun Holdinq də öz növbəsində mövzuya xüsusi həssaslıqla yanaşaraq bu istiqamətdə bir çox layihələr reallaşdırır. Bu dəfə ölkənin aparıcı media qurumlarında çalışan xanımlar üçün “Yaşıl dünyanın şəfası” adlı ustad dərsi təşkil edilib. “Dreamland Herbal Garden”nin dəstəyilə baş tutan görüşdə xanımlara təbiətin bizə bəxş etdiyi şəfalı otlardan danışılıb. Şəfalı otların nə kimi faydaları olduğu, eyni zamanda otlara necə qulluq etməyimiz haqqında da məlumat verilib. Görüşün sonunda isə xanımlar onlara təqdim olunan otlardan çay dəmləyiblər.

Daha sonra media nümayəndələri “Dreamland Herbal Garden”- dərman və aromatik bitkilərdən ibarət şəfalı və sehirli astrobağa baş çəkiblər. Orada becərilən otlarla tanış olub, ətraflı məlumat əldə ediblər.

 

COP29