“Azərsun”a qarşı ağır ittihamlar…

azersunloqo.jpg.pagespeed.ce.IPd70IoL8vBu gün Azərbaycanda sahibkarlığın inkişafına çox önəm verilir. Təkcə onu demək kifayətdir ki, ölkə başçısı İlham Əliyev cənabları son bir neçə ayda sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün münbit şəraitin yaradılması baxımından bir neçə fərman və sərəncam imzalamış, ayrı-ayrı dövlət qurumlarına tövsiyyə və ciddi tapşırıqlarını vermişdi. Elə ötən həftə hər ilin 25 aprel tarixini «Sahibkarlar günü» kimi qeyd edilməsi haqqında verdiyi sərəncam da buna əyani nümunədir. Əminik ki, ölkədə neftdən gələn gəlirlərin azaldığı bir vaxtda möhtərəm prezidentimizin sahibkarlığın inkişaf etdirilməsi üçün atdığı bu mühüm addımlar digər sahələrdə olduğu kimi, bu sahədə də öz bəhrəsini verəcək.

Lakin uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən, demək olar ki, kök salmış şirkətlər var ki, son zamanlar ölkə başçısının tutduğu iradlara baxmayaraq hələ də müəyyən qüsurlarla işləməyə davam edirlər. Bu da ilk növbədə ölkə vətəndaşlarının, aztəminatlı ailələrin haqlı narazılıqlarına səbəb olur.

Son zamanlar narazılıqların artdığı şirkətlərdən biri də yuxarıda qeyd etdiyimiz kimi uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən «Azərsun Holdinq» şirkətlər qrupudur. Yaradıcısının Türkiyə əsilli kürd olduğu iddia edilən bu şirkəti sözügedən ölkədə bəlkə də heç tanımırlar və yaxud çox az tanıyırlar. 1992-ci ildə Azərbaycanda «Efsun» topdansatış firması kimi fəaliyyətə başlamış bu şirkət hazırda respublikamızda qida sənayesini özündə cəmləşdirən ən böyük bir quruma çevrilib. 1997-ci ildə Bakıdakı çay və yağ fabriklərini satın alan bu şirkət sonralar ölkə iqtisadiyyatının gücləndiyi dövrdə, yəni Azərbaycana gələn neft pullarının çoxaldığı dövrlərdə birdən-birə demək olar ki, Azərbaycanın bütün bölgələrində ayrı-ayrı sahələrdə kök salmağa başladı. Artıq şirkət nəinki Azərbaycanda, Qafqaz regionunda, Rusiyada və Orta Asiya ölkələrində də ən iri ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalçısı və ixracatçısına çevrilib. Təkcə onu demək kifayətdir ki, dövrü mətbuatda yayılmış informasiyalara görə 2014-cü ildə «Azərsun Holdinq» şirkətlər qrupunun aktivləri daha 22 faiz artaraq 424 mlyon manata çatıb.

azersun«Azərsun Holdinq» şirkətlər qrupuna əsas nəzarəti Abdolbari Gözəl həyata keçirir. Şirkətdəki digər pay sahibləri haqqında heç yerdə, heç bir məlumat yoxdur. Son vaxtlar isə bu şirkətin maliyyə və vergi hesabatlarında ciddi pozuntular barədə dövrü mətbuatda bir sıra geniş məqalələr dərc olunub. «Azərsun Holdinq»ə aid olduğu bildirilən bir çox şirkətlərin maliyyə hesabatları və auditor rəyləri demək olar ki, açıqlanımır.

Niyəsi və nə üçününə cavabı aidiyyəti dövlət orqanları versə daha yaxşı olar. Axı illik dövriyyəsi yüzlərlə deyil, yüz milyonlarla ölçülən şirkətlər qrupunun ödədiyi mənfəət vergisi çox cüzidir. Bunlara göz yummaq olarmı? Məlumat üçün oxucuların diqqətinə çatdırmaq istərdik ki, «Azərsun Holdinq» respublikamızda yetmişdən çox ayrı-ayırı sahələrlə məşğul olan firma və şirkətləri özündə birləşdirir. Bu şirkətlərdən biri də «Azərbaycan Sənaye Sığorta» Açıq Səhmdar Cəmiyyətidir. Bir neçə ay öncə sözügedən şirkətdə çalışmış və müəmmalı şəkildə işdən uzaqlaşdırılmış bir qrup şəxsin Respublika Prezidenti İlham Əliyev cənablarına ünvanladığı müraciətdə bu şirkətin məhz maliyyə hesabatlarında çox qaranlıq məslələlərin olmasını yuxarıda dediklərimizlə də təsdiq edir. 2012-2015-ci illərdə «Azərbaycan Sənaye Sığorta» ASC-nin işçisi olmuş bir qrup şəxs – Vəliyev Əli, Əsgərov Ceyhun, Əliyev Nəsimi, Məlikov Elşad, Azadi Şəms, Verdiyev Azər, Qurbanov Şəmsəddin, Əliyev Vilayət və Məmmədov Arifin imzaladığı müraciət ərizəsi aktual olduğundan AzToday.az olaraq geniş ictimaiyyətin də diqqətinə çatdırmağı məqsədəuyğun hesab edirik. Şikayətçilər yazır: «Biz 2012-ci ilin iyul ayından «Azərbaycan Sənaye Sığorta» ASC-nin müxtəlif nümayəndəliklərində işləmişik. 2016-cı il aprel ayının əvvəllərindən cəmi yyətdə bizə qarşı 2012-2015-ci illərdə borclu olduğumuz barədə məlumat verdilər. Biz Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə İdarəsinə dəvət olunduq. Məlumat üçün bildiririk ki, 2012-ci ilin iyul ayında «Azərbaycan Sənaye Sığorta» ASC icbari növlərin aparılması üçün lisenziya aldı və qanunvericiliyə uyğun olaraq bölgələrdə və Bakı şəhərində nümayəndəliklər yaratmağa başladı. Biz sığorta cəmiyəytində komisyon fəizlərin, əmək haqlarının, bonusların yüksək olmasına görə müxtəlif yerlərdən bura işləməyə keçdik. 2012-ci ilin sonunda yaxşı işlədiyimizə görə topladığımız sığorta haqqından asılı olaraq 1-3 % miqdarında bonus verdilər. 2013-cü ildə də bu qayda davam etdi. 2014-cü ildə cəmiyyət zərərlə işlədiyindən bonus almadıq. Ancaq biz işə girərkən cəmiyyətin rəhbərliyi ilə aramızda hər ilin sonunda topladığımız ümumi sığorta haqqının 1-3 % miqdarında bonus verəcəkləri barəsində sözləşmə olduğundan 2014-cü ildə tələb etsək də onlar bizə bonus vermədilər.

Azərbaycan Sənaye SığortaMaraqlıdır, 2012-2015-ci illərdən cəmiyyət sərbəst audit, «Azərsun Holdinq»in auditləri, sığorta cəmiyyətinin öz daxili auditi, AR Vergilər Nazirliyi, AR Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti, AR Əmək Müfəttişliyi, AR Dövlət Sosial Müdafiə Fondu tərəfindən yoxlanılmalar aparılmış və heç bir irad tutulmamışdır. Onda niyə demirdilər ki, sizi 2012-2015-ci illərdən borcunuz var? Və siz 2012-2013-cü illərdə bonus ala bilməzdiniz. Əgər bizim 2012-ci illərdə borcumuz var idisə niyə 2013-cü ildə bizi məhkəməyə vermədilər? Və ya 2013-2014-cü illərdə bizimlə işləməyə razı oldular? Biz burada işlədiyimiz 2012-2015-ci illərdə cəmiyyət 8.565.500 manat xalis mənfətlə işləmişdir. Cəmiyyətin nizamnamə kapitalı 6 milyon manatdan 11 milyon manata qalxmışdır. 2012-ci ilin iyul ayına kimi Azərbaycan sığorta bazarında o qədər də tanınmayan bir sığorta şirkəti heç bir reklam kompaniyası aparmadan 2012-2015-ci illərdə bizim işimizə görə, əhali arasında apardığımız düzgün təbliğata görə, Bakıda və bölgələrdə açdığımız satış ofislərinə görə «Azərbaycan Sənaye Sığorta» ASC tanınmış bir şirkətə çevrildi və toplanan sığorta haqlarının həcminə görə Respublikamızın tanınmış sığorta şirkətləri ilə rəqabətə girərək, ilk onluqda yerləşdi.

Bildirmək istərdik ki, 2016-cı il fevral ayında «İnter Audit» Auditor Təşkilatı heç bir araşdırma aparmadan cəmiyyətdə bu illərdəc işləmiş bizlərə «Azərsun Holdinq»in göstərişi ilə fantastik borc rəqəmləri göstərmişdir. Bildiririk ki, auditor təşkilatının nümayəndəsi heç bir araşdırma aparmamış, qərəzli rəy tərtib etmişdir. Baxmayaraq ki, həmin təşkilat 2013-2014-cü illərdə də sığorta cəmiyyətini yoxlamış və müsbət rəy vermişdir. Bununla da «İnter Audit» Auditor Təşkilatı həm bizim hüquqlarımızı, həm də «Auditor Xidməti Haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozmuşdur. Bu gün «Azərsun Holdinq»in rəhbərliyi 9 nəfərin ailəsinin həyatı ilə oynayır, sığorta cəmiyyətində çatışmayan pulları bizdən almaq istəyir».

Şikayət ərizəsindən də göründüyü kimi burada qaranlıq məqamlar çoxdur. Bu qaranlıq məqamların üzərinə aydınlıq gətirəcək orqanlar isə bəllidir. Biz bir mətbuat orqanı olaraq üzümüzü aidiyyəti orqanlara tuturuq. Bəs görəsən 9 nəfər keçmiş sığorta işçisinin adına yazılmış külli miqdarda borc vəsaiti ««Azərbaycan Sənaye Sığorta» ASC -dən haralara gedib? Bu pullarla yəqin ki, Türkiyədə bir sıra işlər görəmk olarmış. Məsələn, dağlarda yaşayanlara məktəb tikdirmək, fermer təsərrüfatları yaratmaq və bu kimi digər işlər… /Aztoday.az