!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərsu”nun yeni “su imtahanı”- Bakı kəndləri niyə “yandırılır”?

!Reklam – Yazi

Ölkənin su təminatına cavabdeh olan “Azərsu” yay mövsümü gələndən, Bakıətrafı əraziləri susuz qoyub.

Bakı kəndlərindən Yenicag.az-a verilən məlumata görə, yayın gəlişi ilə su təchizatında yaranan problemlər üzündən fərdi təsərrüfat sahələrinin suvarılması müşkülə çevrilib. Şikayət müəllifləri bildiriblər ki, onlar təsərrüfatlarını suvarmaq üçün quyulardan istifadə etmək və ya, suyu maşınla gətirtmək məcburiyyətində qalıblar. Sakinlərin sözlərinə görə, hər iki variant onlar üçün əlverişsizdir; quyu qazdırmaq və suyu maşınla gətirtmək onları ödəməyə çətinlik çəkdikləri əlavə xərcə salır.

Kənd sakinləri yay mövsümündə su təchizatının dayandırılmasının səbəblərini aydınlaşdıra bilmirlər. Sakinlərin iddiasına əsasən, ərazidəki su-kanal idarələri təsərrüfatların su təchizatını qəsdən dayandırırlar.

Məqsəd isə sadədir: əhalini suyu maşınlarla almağa məcbur etmək və bu işdən böyük qazanc götürmək. Redaksiyamıza daxil olan bu şikayət və iddia ilə əlaqədar “Azərsu”nun mövqeyini öyrənmək cəhdimiz, qurumun sözçüsü Anar Cəbrayıllının davamlı zənglərimizə cavab verməməsi səbəbindən nəticəsiz qaldı.

Bununla belə, məsələ ilə bağlı “Azərsu”nun da mövqeyini dərc etməyə hazırıq.

Səxavət Məmməd

www.yenicag.az

6553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv