Azərbaycan Konqreslər Bürosu aprelin 10-dan mayın 10-dək keçiriləcək Bakı Şopinq Festivalının rəsmi media tərəfdaşının adını açıqlayıb.
Belə ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin jurnalistlər, fotoqraflar və operatorlardan ibarət işçi heyəti festivalın geniş şəkildə işıqlandırılmasını təmin edəcək. Festivalın təbliğ dairəsinin genişləndirilməsi, festival barədə məlumatlar və press-relizlər agentliyin fəaliyyət göstərdiyi yeddi dildə yayımlanacaq.
Müqavilənin şərtlərinə əsasən, AzərTac hazırladığı yazılarda və media kanallarında Bakı Şopinq Festivalının müəyyən olunmuş nişanından və “Bakı Şopinq Festivalının rəsmi media partnyoru” adından istifadə və nəşr hüququna malikdir. Əvəzində isə Bakı Şopinq Festivalı öz rəsmi vebsaytı olan www.bakushopfest.com ünvanında partnyorlar hissəsinə AZƏRTAC-ın loqosu və rəsmi media tərəfdaşı olması barədə məlumat yerləşdirib.
Yeniçağ.az