!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərtac”ın 96 yaşı tamam olur

!Reklam – Yazi

hjgfhghhBu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi – “Azərtac”ın yaradılmasından 96 il ötür.

Azərbaycan Dövlət İnformasiya Agentliyi 1920-ci il martın 1-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hökuməti tərəfindən yaradılıb.

Sovet hakimiyyəti vaxtı agentlik müxtəlif adlarla fəaliyyət göstərib. Agentlik 1995-ci il martın 3-ü Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. 26 fevral 2015-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi olub.

“Azərtac”da rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və s. mövzularda fasiləsiz məlumatlar yayımlanır. Agentlik Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində informasiya yayır.

“Azərtac” TASS (Rusiya), “Anadolu” (Türkiyə), “Sinxua” (Çin), “Rompress”
(Rumıniya), “Ukrinform” (Ukrayna), BTA (Bolqarıstan), İRNA (İran) və s. informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyi MDB üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindəndir.

Agentlik 2008-ci ildən “AsiaPulse” – Asiya Xəbər Agentlikləri Konsorsiumunun üzvüdür.

“Azərtac”ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya, İtaliya, İsveç, Çin və Yaponiyada, habelə respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

Agentlik eyni zamanda, foto və yazılı informasiyalarla bərabər, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından video-xəbərlər hazırlayır.

“Azərtac”ın baş direktoru postunda indiyə kimi Qubad Qasımov (14.07.1921-1928), Mixail Sinitsin (1928-1930), Vasili Xaldeyev (1937-1938), Yefim Qurviç (23.05.1942-1958, 1962-26.12.1986), Xasay Vəzirov (07.1958-09.1962), Rafiq Zeynalov (26.12.1986-06.26.1988), Azad Şərifov (10.10.1988-03.04.1992), Fikrət Sadıqov (03.04.1992-06.08.1992), Vaqif Rüstəmov (06.08.1992-26.08.1994) və Şamil Şahməmmədov (22.01.2000-30.10.2002) çalışıblar.

2002-ci ildən etibarən “Azərtac”ın baş direktoru Aslan Aslanovdur.

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv