Prezident İlham Əliyev Saleh Məmmədovun “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Saleh Ərşad oğlu Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin”.