“AzGranata” şirkəti koronavirusla mübarizə üçün iki milyon manat ayırdı

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna “AzGranata” şirkəti tərəfindən iki milyon manat məbləğində dəstək göstərilib. 

Mövcud vəziyyətlə əlaqədar olaraq, şirkətlər ölkə əhalisinin gündəlik tələbat mallarına olan ehtiyaclarının fasiləsiz təmin edilməsi üçün əlavə tədarük və təchizat tədbirləri görməkdədir.

Bununla yanaşı, şirkətlər qrupu Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında müştərilərin və əməkdaşların sağlamlığını qorumaq məqsədi ilə bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə müvafiq maarifləndirmə işləri aparır.

Qeyd edək ki, Az-Granata müəssisəsi, 2011-ci ilin oktyabr ayının 29-u tarixində prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır. Ağsu rayonunda yerləşən və 14 hektar sahəni əhatə edən Az-Granata zavodu, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir.

Hazırda Az-Granata zavodu, meyvə şirəsi, konsentrat, kompot, mürəbbə, üzüm yarpağı, narşərab və abqora ilə yanaşı, alkoqqolu içkilər sahəsində isə bir neçə çeşiddə şərablar, likyor, oynaq şərablar, meyvə araqları, vodka, konyak, viski, rakı istehsal edir.

Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub.
Az-Granata -nın 4 hektar tut, 15 hektar albalı, 500 hektar üzüm və 500 hektar nar bağları var. Müəssisənin bağlarında yetişdirilən meyvələrin bir qismi ölkədaxili və xarici bazarlarda satışa göndərilir, digər bir qismi isə müəssisədə xammal kimi istifadə olunur. Az-Granata məhsulları dünyanın Rusiya, Amerika, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstraliya və s. kimi 27 ölkəsinə “Made in Azerbaijan” adı ilə ixrac edilir.