!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azıxda erməni evində görün nələr aşkarlandı - FOTO

!Reklam – Yazi

Xocavənddə azərbaycanlılara aid qəbiristanlıqlardan sökülən qəbir daşlarını ermənilərin yaşadığı evdə aşkarlanıb.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, Xocavənd rayonunun Azıx kəndində çəkiliş aparan zaman 20 azərbaycanlıya məxsus məzar daşı tapılıb. Mərmər daşlar erməni ailənin yaşadığı evin qarajında aşkarlanıb. Məzar daşlarının üzərində ad, soyad, doğum və ölüm tarixləri qeyd olunub:

Əliyeva Qönçə Həmzə qızı (1914-1990)

Qarayev Əli Zülfüqar oğlu (1933-1992)

Hüseynova Telli Şirin qızı (1903 -1991)

Məmmədov Sərxan Gülmalı oğlu (1886-1975)

Hacıyeva Bəyim Ələkbər qızı (1912-1989)

Məmmədova Şamama Namaz qızı (1894-1978)

Səfiyev Fərhad Mürsəl oğlu (1917-1993)
Atakişiyeva Bəyaz Şirin qızı (1906-1979)

Quliyev Əyyub Hüseynalı oğlu (1924-1991)

Həsənov Soltan Şirin oğlu (1928-199)

Abbasov Qadir Allahyar oğlu (1971-1983)

Zeynalov Umud Səlim oğlu (1926-1990)

Bəzi məzar daşlarında ad və soyad olmasa da, şəkillər var.

Qeyd edək ki, Xocavənd rayonunun Azıx kəndi 1993-cü ildə erməni silahlı birləşmələrinin nəzarətinə keçib, 2020-ci il noyabrın 9-da işğaldan azad olunub. Hazırda kənd mina və partlamamış sursatlarla çirklənmiş hesab olunur. APA-nın əməkdaşlarının kənddə olmasına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları dəstək olublar və təhlükəsizliyi təmin ediblər.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv