Aziz Yıldırım TFF prezidenti olmaq istəyir

Yıldırım Demirörenin istefasından sonra Türkiyə Futbol Federasiyasına Aziz Yıldırım başçılıq edə bilər.

Yenicag.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Bildirilir ki, “Fənərbaxça”nın sabiq prezidenti növbəti prezident seçkilərində namizəd olacaq.

Təcrübəli futbol funksionerinin yaxın günlərdə namizədliyini açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Aziz Yıldırım 20 ildən çox “Fənərbaxça”da çalışıb.

COP29