“Azovstal”da mülki şəxs qalmadı

Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisindən bütün qadınlar, uşaqlar və qocalar artıq təxliyə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini – müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.

“Prezidentin tapşırığı yerinə yetirilib: “Azovstal”dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, – o deyib./Report/