“Aztelekom”dan oğurluq edildi

“Aztelekom” MMC-nin Abşeron filialından oğurluq edən şəxs tutulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, Abşeron Rayon Polis İdarəsinə Fatmayı, Digah və Goradil kəndləri ərazilərində “Aztelekom” MMC-nin Abşeron filialına məxsus 750 metr kabelin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə müəyyən edilərək saxlanılıb.