Aztəminatlı tələbələrə yardım olunacaq – BDU-da yenilik

Bakı Dövlət Universitetində təhsil alan aztəminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik, biri 3 manat dəyərində yemək kuponu pulsuz olaraq veriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz “Facebook” hesabında yazıb.

O bildirib ki, BDU-nun rektoru Elçin Babayev bununla bağlı müvafiq göstəriş verib.

Qərar noyabrın birindən etibarən icra olunur.

COP29