AzTU-dan 117 tələbə qovulub? – Rektor danışdı

117 tələbənin Azərbaycan Texniki Universitetinindən xaric edilməsi yanlış informasiyadır. Əksinə universitetə bu il başqa təhsil ocaqlarından 136 nəfər tələbə köçürülüb”.

Yenicag.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev deyib.

O bildirib ki, tələbələrin davamiyyəti, eləcə də imtahanlar qaydalar çərçivəsində təşkil olunur.

Rektor Türkiyə – Azərbaycan Universitetinin imtahan sessiyasından da danışıb:

“Türkiyə-Azərbaycan Universitetində 9 tələbə birinci kursda təhsil alır. Digərləri hazırlıq qrupundadırlar. Hazırlıq qrupunda yetərlilik səviyyəsi təxminən 100 fazidir”, – V.Vəliyev vurğulayıb.