!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AzTU ilə Abşeron Logistika Mərkəzi arasında memorandum imzalandı - FOTO

!Reklam – Yazi

Yanvarın 22-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenicag.az xəbər verir ki, rektor qonaqlara universitet haqqında ətraflı məlumat verib. AzTU-nun Abşeron Logistika Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor qarşılıqlı elmi, nəzəri və ustad dərslərinin, həmçinin seminarların keçirilməsi ilə bağlı təkliflər səsləndirib.

Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev görülən işlər və layihələr haqqında danışıb, Mərkəzin mütəxəssislərinin AzTU tələbələrinə seminarlar keçməsi ilə bağlı təklifi müsbət qarşıladığını bildirib. Direktor AzTU məzunlarının Mərkəzdə işlə təmin olunacağının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüşdən sonra AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

www.yenicag.az

1433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv