!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AzTU rektoru jurnalistlərlə onlayn görüş keçirdi - FOTO

!Reklam – Yazi

AzTU rektoru Milli Mətbuat günü münasibətilə jurnalistlərlə onlayn görüş keçirib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev milli mətbuatın 145 illiyi münasibətilə media nümayəndələri ilə onlayn görüş keçirib. Görüşdə universitetin İctimai Şurasının üzvləri də iştirak edib. Rektor media nümayəndələrini milli mətbuatın 145 illik yubileyi münasibətilə təbrik edib. Bildirib ki, ictimaiyyətə düzgün məlumatların çatıdırılmasında jurnalistlərin əməyi danılmazdır.

AzTU da hər zaman media ilə əməkdaşlıq etməkdə maraqlıdır. Görüş zamanı rektor universitetin mövcud problemləri və onların həlli barədə məlumat verib. Qarşıya qoyulan qısamüddətli hədəflərə nail olunduğunu bildirib. Həmçinin yaxın zamanlarda universitetin tədris korpuslarından birində texnoparkın fəaliyyətə başlayacağını qeyd edib. Vurğulanıb ki, AzTU-nun ən əsas hədəfləri əmək bazarı üçün yüksək ixtisaslı kadr, xidmətlər bazarı üçün əhəmiyyətli tədqiqat və işləmələr təqdim etməkdir.

Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv