!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AzTV "Azərbaycan Nəşriyyatı"nı VURDU: Hədəfdə Ağabəy Əsgərovdur, yoxsa Ramin Quluzadə? - VİDEO

!Reklam – Yazi

Dövlət televiziyasında (AzTV) “Azərbaycan Nəşriyyatı”nın fəaliyyətinin kəskin tənqid olunduğu reportaj yayımlanıb.

Yenicag.az xəbər verir ki, “Azərbaycan Nəşriyyatı”nın fəaliyyətsizliyinə toxunulan reportajda nəşriyyat ərazisində fərqli sexlərin işini davam etdirdiyi diqqətə çatdırılıb.

Nəşriyyat rəhbərliyinə sərt ittihamların səsləndirildiyi reportajda qurum binasının “reket” jurnalistlərin məskəni olduğu xüsusilə vurğulanıb.

Birdən-birə AzTV-də nəşriyyatla bağlı sərt reportajın yayımlanması sual doğurur.

Ancaq görünən odur ki, bununla kimlərsə məşhur “91-lər”dən olan nəşriyyatın direktoru Ağabəy Əsgərovu “oyun”dan kənarlaşdırmaq istəyir. Əsgərov öz ərizəsi ilə getmək istəmədiyindən üzərinə gəlirlər.

Daha da maraqlı olan fakt isə bundan ibarətdir ki, “Azərbaycan Nəşriyyatı” Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyindədir. Buradan yola çıxaraq dövlət televiziyasında sözügedən reportajın yayımlanması ilə direktor Ağabəy Əsgərovdan daha çox 8 aydan bəri bu yöndə heç bir fəaliyyəti ilə fərqlənməyən Prezidentin İşlər müdiri Ramin Quluzadənin hədəf taxtasına çevrildiyini söyləyə bilərik.

www.yenicag.az

1357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv