21:46
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
Yenicag.az xəbər verir ki, bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaşımız xəsarət alıb.
Dağıntılar altında qalan əməkdaşımızın çıxarılması istiqamətində iş aparılır.
***
Dağıntı altında qalan AzTv əməkdaşlarından birini xilas etmək mümkün olmayıb.
Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
Allah rəhmət eləsin!