AzTV-də daha bir yenilik – AÇIQLAMA

AzTV-nin “Xəbərlər” proqramının studiyası yenidən qurulur.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bunu Yenicag.az-a açıqlamasında bildirib:

“Fevralın 4-dən etibarən “Xəbərlər” proqramı müvəqqəti studiyadan efirə çıxır. Çox tezliklə müasir görünüşlü studiyadan efirə çıxması gözlənilən “Xəbərlər” tamaşaçılara yeni formatda təqdim olunacaq”.

Cəvahir