“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Palitra ART” verilişi ilə bağlı bir sıra saytlarda yayımlanan məlumatlara aydınlıq gətirib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenciag.az-a verilən məlumata görə, qarşı tərəfin mövqeyi öyrənilmədən verilişin səbəbi bildirilmədən bağlanılması, aparıcıya haqsızlıq edilməsi həqiqətə uyğun deyil: “Bəli, AzTV-də kreativ qrup yaradılıb və qrupa kifayət qədər təcrübəli , “Ağ-Qara”, “Gənclik stansiyası”, “Sağlam ol”, “Gün başladı” kimi kreativ layihələrin rəhbəri Nazilə Babayeva rəhbər təyin olunub. Burada məqsəd forma və məzmun baxımından kifayət qədər köhnəlmiş, müasir tamaşaçı tələblərinə cavab verməyən verilişləri müəyyən edərək onları ya başqa verilişlərlə əvəz etmək, ya da keyfiyyət baxımından dəyişdirməkdir. “Palitra ART” da bu verilişlərdəndir. Verilişin müəllifi ilə rəhbərlik bir neçə dəfə görüşüb, iradlarını bildirib”.
Qurumdan o da bildirilir ki, çox təəssüf ki, bəzi informasiya portalları AzTV-də son vaxtlar ard-arda müxtəlif mövzularda start götürən verilişlərin fonunda keyfiyyətcə uyğun olmayan bir verilişin bağlanmasını “qalmaqal” başlığı ilə, jurnalistika qaydalarına zidd olaraq qarşı tərəfin mövqeyini öyrənmədən tirajlayıb sensasiya kimi tirajlayıblar: “Hər televizyada adi hal sayılan verilişlər üzərində iş prosesi, hansısa layihənin bağlanması və ya açılması prosesinin belə qalmqal kimi təqdim edilərək şou yaradılması oxucularda çaşqınlıq yaradır ki, bu da peşə qaydaları baxımından arzuolunan hal deyil. Biz dəfələrlə həmkarlaımıza bildiririk ki, barəmizdə istənilən xəbəri və ya açıqlamanı yayan zaman bizim də ən azı mövqeyimiz öyrənilsin. AzTV həmişə həmkarların müraciətlərinə açıqdır, həmkarlarla əməkdaşlıqdan məmnun olardı”-deyə, məlumatda bildirilir.