Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AzTV-nin baş prodüseri jurnalistləri belə təhqir etdi - Fotofakt

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) baş prodüseri Nazilə Babayeva jurnalistləri təhqir edib.

Yenicag.az xəbər verir ki, N.Babayeva Konkret.az xəbər portalının Baş redaktoru, tanınmış jurnalist Fadil Paşayevin özünün “facebook” səhifəsində etdiyi paylaşıma təhqirdolu rəy yazıb. N.Babayeva müxtəlif səbəblərdən AzTV-dən işdən kənarlaşdırılanların ünvanına ağır ifadələr işlədib.

Bu hal N.Babayevanı sosial şəbəkə istifadəçilərinin qınağına tuş edib, dövlət televiziyasında yüksək vəzifə daşıyan xanımın ifadələrinin məhkəmə predmeti olduğu bildirilib.

Qeyd edək ki, Nazilə Babayevə sədr Rövşən Məmmədov tərəfindən AzTV-də yüksək vəzifəyə təyin olunub. Fəaliyyəti müddətində o, kollektivlə həddindən artıq kobud rəftarı və qalmaqallarla gündəmə gəlib, AzTV-də ona verilən yüksək imtiyazdan həddindən artıq istifadə etməsinə görə dəfələrlə ciddi tənqid olunub. Buna baxmayaraq barəsində heç bir tədbir görülməyib, əksinə dövlət kanalında gündən-günə sərhədsiz fəaliyyətləri ilə gündəmə gəlir.

www.yenicag.az

3533