Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) daha iki nəfər koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib.
Yenicag.az-ın məlumatına görə, bu barədə konkret.az-a AzTV-də yerləşən İdman kanalından məlumat veriblər. Həmin məlumata görə, tanınmış idman şərhçiləri Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub. Hazırda onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, artıq AzTV-nin iki əməkdaşı COVID-19-dan dünyasını dəyişib. Artqı bütün saytlarda dəfələrlə televiziyada kütləvi yoluxma ilə bağlı xəbərlər dərc edilsə də, rəhbərlik bu məlumatı təkzib edib.
Ötən həftə kanalın iki əməkdaşı da virusun qurbanı olub.